Ceyms Klir - Atomik Vərdişlər - 1dəqiqədəkitab #3

Əsas ideya:

Kiçik, gündəlik vərdişlər (atomik addımlar) uzun müddətdə inanılmaz dəyişikliklərə gətirib çıxarır. Uğur bir anlıq sıçrayış deyil – vərdişlər sistemidir.

Əsas 10 fikir:

1.1% inkişaf prinsipi: Hər gün sadəcə 1% daha yaxşı olmaq, zamanla böyük fərq yaradır.
2.Sistemi dəyiş, nəticə özü gələcək: Hədəfə yox, sistemi qurmağa fokuslan.
3.Şəxsiyyətə əsaslanan vərdişlər: "Mən oxumaq istəyirəm" yox, "Mən oxuyan insanam" demək vərdişin möhkəmlənməsinə səbəb olur.
4.4 mərhələli vərdiş döngəsi: Siqnal → İstək → Cavab → Mükafat. Hər vərdiş bu ardıcıllıqla işləyir.
5.Vərdişi görünən et: Yeni vərdişi yadda saxlamaq üçün onu aydın və göz önündə qur.
6.Asanlaşdır: Vərdişi etmək üçün maneələri aradan qaldır, onu mümkün qədər sadə və rahat et.
7.Cəlbedici et: Pozitiv emosiyalarla vərdişi əlaqələndir.
8.Zəncir yaradın: “Hər gün eyni saatda” və ya “filan hadisədən sonra” başlayaraq vərdişə başla (məsələn: çay içəndən sonra 5 dəqiqə kitab oxumaq).
9.İzləmə və təqib: Vərdiş izləmə cədvəli motivasiya üçün güclü vasitədir.
10.Şəxsiyyətini dəyiş: Əsas dəyişiklik “nə etdiyin” yox, “kim olduğun” barədə düşünəndə baş verir.

Şəxsi nəticə:

Bu kitab insanın gündəlik davranışlarını anlamaq və dəyişmək üçün konkret üsullar verir. Uğura aparan yol tək bir böyük addımdan yox, hər gün təkrarlanan kiçik vərdişlərdən keçir.

Daha yeni Daha eski

Featured Video

ads in post