BrayanTreysi - O Qurbağanı Ye - 1dəqiqədəkitab #1



Kitabın əsas ideyası:
Ən çətin və ən vacib işi ilk olaraq yerinə yetir! Səhər-səhər bir qurbağa yeməlisənsə, gün ərzində qarşılaşacağın başqa heç nə bundan pis ola bilməz.

Əsas 10 fikir:

  1. Qurbağanı tanı: Sənin “qurbağan” – yəni ən vacib və ən çətin işindir. Onu müəyyənləşdir və günə onunla başla.

  2. Plan qur: Günü və hədəfləri əvvəlcədən planlaşdır. Yazılmış plan uğurun əsas şərtidir.

  3. Prioritetləri müəyyən et: Ən vacib işləri A, B, C şəklində sıralayıb, ən üstə “A” işlərini qoy.

  4. 80/20 qaydası: İşlərinin 20%-i nəticənin 80%-ni verir. O 20%-ə fokuslan!

  5. Ən böyük qurbağanı ilk ye: Ən böyük və çətin işi ilk həll et. Təxirə salma.

  6. Disiplinli ol: Özünü motivasiya etməyi və diqqəti yayındırmadan çalışmağı öyrən.

  7. Uzunmüddətli düşün: Gündəlik işləri deyil, uzunmüddətli hədəfləri ön planda tut.

  8. Texnologiyanı idarə et: Telefon, sosial media və s. səni deyil, sən onları idarə etməlisən.

  9. Böl və idarə et: Böyük tapşırıqları kiçik hissələrə böl, onları tək-tək ye.

  10. Vərdiş yarat: Hər gün bu prinsiplərə əməl etsən, uğur sənin üçün vərdiş halını alacaq.

Şəxsi nəticə:

Kitab sadə dillə yazılıb və həyatda zaman idarəsinin nə qədər vacib olduğunu izah edir. “Qurbağanı yemək” metaforası isə motivasiyaedici və yaddaqalan yanaşmadır.

Daha yeni Daha eski

Featured Video

ads in post